Xankədidə silah-sursat tapılıb

10:32 - 12 Aprel 2024 - ÖLKƏ İÇİ

Xankədidə silah-sursat aşkar olunub

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Xəbər xətti