Ermənistan parlamenti sərhədlərin delimitasiya haqqında layihəsini qəbul etmədi

21:27 - 11 Aprel 2024 - DÜNYA

Ermənistan Respublikasının Milli Assambleyası müxalifətin təklif etdiyi demarkasiya və delimitasiya haqqında bəyanat layihəsini qəbul etməyib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, aprelin 11-də deputatlar ötən günlərdə müzakirə olunan qanunvericilik təşəbbüslərinin qəbuluna səs veriblər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında delimitasiya və demarkasiya haqqında” Milli Assambleyanın bəyanat layihəsi qəbul edilməmişdir.

Xəbər xətti