Küləkli hava nə vaxtadək davam edəcək?

10:12 - 11 Aprel 2024 - ÖLKƏ İÇİ

Əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

Xəbər xətti