Rusiya Böyük Britaniyanın dövlət qurumları və İT sektoruna sanksiya tətbiq edib

18:25 - 10 Aprel 2024 - DÜNYA

Rusiya cavab olaraq hökumət orqanlarının, İT sektorunun və Böyük Britaniya hüquq xidmətləri bazarının 22 nümayəndəsini qara siyahıya salıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya XİN-dən bildiriilib ki, Britaniya tərəfinin bu düşmənçilik hərəkətlərinə cavab olaraq bir sıra dövlət qurumlarının, İT sektorunun və Böyük Britaniyanın hüquq xidmətləri bazarının nümayəndələrinin Rusiyanın stop siyahısına daxil edilməsi barədə qərar qəbul edilib.

Onların arasında Ukraynanın təhlükəsizlik agentliklərini Rusiya qoşunlarına və infrastrukturuna zərbələr endirmək üçün məlumatların toplanması prosesində zəruri olan kibermüdafiə proqramları və xidmətləri” ilə təmin edən Britaniya şirkətlərinin, xüsusən də Micro Focus əməkdaşları var. 

Siyahıya həmçinin Mərkəzi Asiya dövlətlərində iqtisadi operatorları Qərbin tətbiq etdiyi qeyri-legitim birtərəfli məhdudiyyətlərə əməl etməyə məcbur etmək cəhdlərində əli olan şəxslər də var. 

Xəbər xətti