"Hökumət və şəxsən mən belə qənaətə gəldik ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta bir-birinə təhlükə yaradır".
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.
"Mən və uzun müddət tarixi Ermənistanın psixologiyasının və ənənələrinin daşıyıcısı olan hökumət 2022-ci ildə bəyan etmişik ki, Ermənistanın təhlükəsizlik amilinə məhəl qoyulmur. Əsl Ermənistanla tarixi Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi çox daha ağrılıdır, çünki bu demarkasiya hər birimizin daxilində baş verir".