Xankəndidə 11 avtomat, 11 qumbara tapılıb

10:28 - 10 Aprel 2024 - ÖLKƏ İÇİ

Xankəndidə silah-sursat tapılıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti