Taliban hərəkatı tərəfindən yaradılan Əfqanıstanın müvəqqəti hökumətindəki Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi Facebook sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq üçün tədbirlər hazırlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Nəcibullah Həqqani məlumat verib.
Haqqaniyə görə, gənclərin sosial şəbəkədə vaxt keçirməsi şirkət üçün faydalıdır, amma ölkənin ziyanınadır.
“Bununla əlaqədar olaraq, “Facebook”a girişin məhdudlaşdırılması və ya bloklanması siyasəti hazırlanıb”, – nazir əlavə edib.