İti maşının arxasına bağlayıb sürdülər - araşdırma aparılır - VİDEO

14:05 - 9 Aprel 2024 - ÖLKƏ İÇİ

İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-ya bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.

Xəbər xətti