Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, liderlər Rusiya və Qazaxıstanın sərhədyanı rayonlarında baş verən daşqınları müzakirə ediblər. Həmçinin daşqınlarla əlaqədar müvafiq xidmətlər və idarələr arasında qarşılıqlı əlaqənin gücləndirilməsi barədə razılığa gəliblər.
Prezidentlər Rusiya Federasiyasının MDB-də və Qazaxıstanın KTMT-də sədrliyi kontekstində beynəlxalq və regional məsələləri müzakirə ediblər.