Erməni depuatat Rusiyadan süd məhsullarının idxalına qadağa qoyulmasını təklif edib

11:38 - 9 Aprel 2024 - DÜNYA

Ermənistan Rusiya tərəfinin analoji hərəkətlərinə cavab olaraq Rusiyadan süd məhsullarının tədarükünə qadağa qoyulması imkanlarını nəzərdən keçirməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu parlamentdə baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvü Sisak Qabrielyan deyib.

“Rusiya bizim süd məhsullarımızın gəlməsinə icazə vermir, biz onların məhsullarını mağazalarımıza qoyuruq. Hər gün mağazalara gedəndə görürük ki, erməni məhsulları azdır, bazar da bizə məhsul göndərməyi qadağan edib” - deputat deyib.

Rosselxoznadzor Ermənistan baytarlıq xidmətindən 2023-cü il aprelin 5-dən Rusiyaya süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib. Ermənistan baytarlıq xidməti süd məhsullarının rus alıcıları üçün təhlükəsizliyinə zəmanət verə bilmir.

Xəbər xətti