Şəmkirdə usta işlədiyi evdə ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.
Əraizyə hüquq-mühifzə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin etimlara görə, A.Heydərov ürək tutmasından ölüb. Faktla bağlı araşdırma aparılır.