İsrail Suriya hərbi postunu vurdu

11:05 - 9 Aprel 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyadan mərmi atdığını aşkarladığını, bundan sonra Suriya ordusunun obyektinə və Suriya hərbi postuna cavab zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gecə İDF döyüşçüləri Mhaji bölgəsində Suriya ordusuna məxsus terror infrastrukturuna zərbələr endirib. Bundan əlavə, ötən gecə İDF artilleriyası Suriyanın cənubundakı Suriya hərbi postuna hücum edib.

Mətbuat xidməti əlavə edib ki, İsrail artilleriyası Suriyadan mərminin atıldığı yerə də zərbələr endirib.

Xəbər xətti