Somalinin prezident sarayı minaatanlardan atəşə tutulub

10:42 - 9 Aprel 2024 - DÜNYA

 Somali prezidentinin iqamətgahı Villa Somali ötən gecə minaatanlardan atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Somalinin GAROWE portalı məlumat yayıb. Məlumata görə, zirehli avtomobillərdə olan hərbi qulluqçular şəhərin küçələrində patrul edir, əlavə keçid məntəqələri quraşdırılıb.

Bununla bağlı rəsmi məlumat verilməyib.

Xəbər xətti