Koreya Respublikası və ABŞ donanmaları doqquz gəmi və dörd helikopterin iştirakı ilə illik birgə dəniz minalarından təmizləmə təlimi keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Doqquz günlük manevrlər aprelin 1-də Yaponiya dənizində başlayıb. Cənubi Koreya tərəfində bir minaatan da daxil olmaqla altı gəmi və iki helikopter iştirak edib.
Təlimin məqsədi dəniz təhlükələrinin qarşısının alınması üzrə bacarıqların təkmilləşdirilməsi olub.
Tərəflər minaların qoyulması, aşkarlanması və akvatoriyada minaların təmizlənməsi, maddi-texniki təminatın həyata keçirilməsi, gəmilərə helikopterlərin endirilməsi üzrə iş aparıblar.