Xankəndidə silah-sursat tapılıb

09:38 - 9 Aprel 2024 - ÖLKƏ İÇİ

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti