Rusiyanın itkiləri 450 minə çatır - 23 tank, 37 PUA, ...

08:46 - 9 Aprel 2024 - DÜNYA

Ukraynada Rusiya ordusunun itkiləri daha da artıb. Belə ki, son sutkada daha 850 hərbçi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  

Bununla da, Rusiya ordusunun mühairbə başladığı gündən indiyə qədər Ukraynada canlı qüvvə itkilərinin sayı 449250 nəfərə çatıb.

Həmçinin, Rusiya ordusu 23 tank, 45 zirehli texnika, 30 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 37 PUA, 71 avtomobil texnikası, 1 xüsusi texnika itki verib.

Xəbər xətti