Syerra-Leonedə insan sümüklərindən hazırlanan narkotikə görə fövqəladə vəziyyət elan edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BBC News yazıb.
Syerra Leone prezidenti Julius Maada Bio xalqa televiziya ilə müraciətində narkotik asılılığı səbəbindən ölkənin üzləşdiyi ekzistensial təhlükədən danışıb. O deyib ki, xüsusilə təhlükəli olan kuş adlı sintetik narkotikdir.
Kuş bir neçə il əvvəl Syerra Leone və qonşu Liberiyada peyda olub. Qərbi Afrikadakı bu kiçik ölkənin paytaxtı Fritaunun küçələrində narkotikdən asılı olan insanlara asanlıqla rast gəlmək olar. Onlar zombi kimi küçlərdə məqsədsiz şəkildə gəzirlər, əyilib başlarını yana əyirlər.
“Daily Telegraph” yazır ki, bir çox insanlar infeksiyaya görə qolları və ayaqları şişib.
CNN-in məlumatına görə, kuşun tərkibinə marixuana, fentanil və tramadol daxildir. Digər mühüm tərkib hissəsi insan sümükləridir. Qəbir qarətini dayandırmaq üçün səlahiyyətlilər qəbiristanlıqlarda təhlükəsizliyi gücləndirməli olublar.