İndoneziyanın Papua əyalətinin sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 9 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.