Alyans ölkələri Rusiya ilə müharibə istəmir - NATO generalı

00:34 - 9 Aprel 2024 - DÜNYA

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olan ölkələr Rusiya ilə müharibə vəziyyətində olduqlarına inanmır, hadisələrin belə inkişafını istəmir.

Ucnoqta.az xəbər verir ki, bunu Vaşinqtonda Corctaun Universitetində çıxışı zamanı NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin komandanı, general Kristofer Kavoli deyib.

"NATO ölkələri bizim Rusiya ilə müharibə vəziyyətində olduğumuzu hesab etmir. Biz isə bunu istəmirik" - komandan deyib

Alyansın Avropadakı qüvvələrinin komandanı hesab edir ki, NATO ölkələri Ukraynaya məhz çəkindirmə tədbirlərini həyata keçirmək üçün dəstək verir.

“Ancaq alyans səviyyəsində biz münaqişə tərəfi kimi görünə biləcəyimiz mövqe tutmamağa qərar verdik”, - o vurğulayıb.

Xəbər xətti