​​​​​​​ABŞ və Britaniya Yəməndəki husi hədəflərinə silsilə zərbələr endirib

00:01 - 9 Aprel 2024 - DÜNYA

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin qərbində üsyançı hərəkat olan Ənsar Allah (Husi) hədəflərinə silsilə hücumlar həyata keçirib. 

Ucnoqta.az xəbər verir ki, husilərə məxsus Saba xəbər agentliyinin verdiyi məlumata görə, atəş nəticəsində bir mülki şəxs yaralanıb.

Məlumata görə, Qırmızı dənizin sahilində yerləşən Əl-Hodeyda əyalətinin ərazisi hücuma məruz qalıb. Zərbələrdən biri El-Münzir kəndində yaşayış binasının yaxınlığındakı obyektə dəyib. Bir nəfər yaralanıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
 

Xəbər xətti