“Krokus”a hücum edən terrorçularla Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə aşkarlanıb

16:18 - 8 Aprel 2024 - DÜNYA

Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Krokus Siti Holla” hücum edən terrorçularla Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə olduğunu aşkarlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a RF İK-nin mətbuat xidməti məlumat verib.

"Hazırda cinayət işi üzrə xüsusilə ağır cinayətin törədilməsində iştirak edən 11 nəfər müəyyən edilib. Onların hamısına qarşı ittiham irəli sürülüb, həbs qətimkan tədbiri seçilib. Artıq istintaqa faktla bağlı mühüm məlumatlar daxil olub. Terrorçuların cinayətə hazırlığı, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, - açıqlamada deyilir.

Xəbər xətti