Rumıniyada NATO dəniz qüvvələrinin “Sea Shield 24” (“Sea Shield - 2024”) təlimi başlayıb.
Ucnoqta.az xəbər verir ki, Rumıniya Radiosunun verdiyi məlumata görə, təşkilatçı ölkədən əlavə, alyansın üzvü olan 12 ölkə və onların tərəfdaşları - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa təlimlərdə iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika cəlb olunub - 27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və su gəmisi.
Təlim aprelin 21-də başa çatacaq.