ABŞ və Yaponiya artıq hərbi ittifaqdadırlar və Amerika qoşunlarının adalara yerləşdirilməsi Moskva ilə Tokio arasında sülh müqaviləsinin bağlanmasına mane olur.
Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Yaponiyanın AUKUS formatında hərbi əməkdaşlığı dərinləşdirmək planları barədə xəbərləri şərh edərkən deyib.
"De-fakto müdafiə alyansı artıq mövcuddur. Biz Yaponiyada, yeri gəlmişkən, sərhədlərimizə yaxın olan ABŞ-ın hərbi potensialı haqqında bilirik", - Kreml nümayəndəsi qeyd edib.
Peskov xatırladıb ki, ABŞ-ın hərbi mövcudluğu “əsas problemin - sülh müqaviləsi probleminin həllinə nail olmaq cəhdlərində həmişə əngəl olub”.