Sabahın havası açıqlanıb

12:33 - 8 Aprel 2024 - ÖLKƏ İÇİ

Aprelin 9-na ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

Xəbər xətti