Tbilisidə ikinci beynəlxalq hava limanı tikiləcək

11:59 - 8 Aprel 2024 - DÜNYA

Gürcüstan hökuməti Tbilisinin kənarında Vazianidə yeni beynəlxalq hava limanının tikintisi ilə bağlı yekun qərar qəbul edib.

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

 Kobaxidze bildirib ki, Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək:

 "İndiki hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Bilirsiniz ki, bizdə turizm sektorunda çox müsbət dinamika var. Gələcəkdə turistlərin sürətli və ardıcıl artımı gözlənilir. Biz zamanla və infrastrukturla ayaqlaşmalıyıq”.

Baş nazirin sözlərinə görə, hökumət mövcud Tbilisi Beynəlxalq Hava Limanının genişləndirilməsi variantını da nəzərdən keçirirdi. Layihə 900 milyon dollar dəyərində illik 15 milyon sərnişin tutumunu artıracaq.

Yeni hava limanının ötürmə qabiliyyəti ildə 19 milyon sərnişin təşkil edəcək və daha da böyümə perspektivi olacaq. Bu layihə 1,260 milyard dollara başa gələcək.

Xəbər xətti