Keçmiş məhkumdan 3 kq narkotik götürülüb

11:12 - 8 Aprel 2024 - ÖLKƏ İÇİ

Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.
Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti