İrəvanda həbs edilən siyasətçilərin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilir.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri Ararat Mirzoyanın Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşdüyü binaya toplaşan yüzlərlə Ermənistan vətəndaşı müxalif siyasətçilərin həbsdən azad edilməsini tələb edib.
Etirazçılar keçmiş təhsil naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyanın, “Veto” hərəkatının lideri Narek Malyanın, Vanadzor şəhərinin meri Mamikon Aslanyanın azad edilməsini tələb edirlər.