Fransa polisi və jandarmları 6 ay ərzində bütün ölkə ərazisində narkotik cinayətlərinə qarşı keçirilən genişmiqyaslı “Təmiz meydan” əməliyyatı zamanı 7 mindən çox şübhəlini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin X səhifəsində yazıb.
Bildirilir ki, “Təmiz meydan” əməliyyatı çərçivəsində altı ay ərzində 7,2 minə yaxın insan saxlanılıb, 3,6 ton narkotik maddə müsadirə edilib.
Məlumata görə, reydlər çərçivəsində narkotik mafiyasına məxsus 11,3 milyon avro ələ keçirilib. Əməliyyatın davam etdiriləcəyi bildirilib.