Xankəndidə 10 avtomat, 18 qumbara tapılıb

09:58 - 8 Aprel 2024 - ÖLKƏ İÇİ

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, aprelin 6-7-də Xankəndidən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər xətti