Rusiya gecə 24 "Şahed" PUA ilə Ukraynaya hücum edib

08:29 - 8 Aprel 2024 - DÜNYA

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kh-59 raketi və 24 "Şahed" PUA ilə Ukraynaya hücum edib.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Nikolay Oleşukun sözlərinə görə, idarə olunan hava raketinin buraxılışı Zaporojjya rayonunun işğal olunmuş hissəsindən həyata keçirilib.

Rusiya ordusu işğal altındakı Krım, Kursk və Yeiskdən PUA-larla hücuma edib. Odessa, Nikolayev, Kirovoqad, Xmelnitski və Jitomir vilayətlərində hava hücumundan müdafiə qüvvələrinin döyüş işləri davam etdirilib. "Kh-59" hava raketini və 17 "Şahed" hücum raketini məhv etmək mümkün olub.

Xəbər xətti