Mozambikin şimal sahillərində balıqçı gəmisi qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, NDTV-nin məlumatına görə, 90-dan çox insan həlak olub.
Bildirilir ki, insanların getdiyi qayıq kustar istehsalı olub və sərnişin daşımaq üçün nəzərdə tutulmayıb.
Nampula əyalətinin dövlət katibi qeyd edib ki, gəmi həddindən artıq sıx olduğu və sərnişin daşımaq üçün yararsız olduğu üçün sonda batıb və 91 nəfər ölüb.
Agentliyin məlumatına görə, gəmidə təxminən 130 nəfər olub. Məqalədə qeyd edildiyi kimi, xilasedicilər beş nəfəri sağ çıxarıblar. İnsanların axtarışı davam edir, lakin dənizdəki hava şəraiti əməliyyatı çətinləşdirir.