Qəzza zolağında aparılan sülh danışıqları zamanı irəliləyiş əldə olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalına yüksək vəzifəli mənbə bildirib. Bildirilir ki, Fələstinin radikal HƏMAS hərəkatı, Amerika Birləşmiş Ştatları, İsrail, Misir və Qətər əsas istiqamətlər üzrə konsensusa gəliblər.
Danışıqlar Qahirədə baş tutub. Kanalın həmsöhbəti əlavə edib ki, HƏMAS və Qətər nümayəndə heyətləri razılaşmanın bəndlərini razılaşdırmaq üçün yaxın 48 saat ərzində Misir paytaxtına qayıdacaqlar. ABŞ və İsrail nümayəndə heyətləri Qahirəni tərk edəcəklər, lakin növbəti iki gün ərzində məsləhətləşmələri davam etdirəcəklər.