Ukrayna prezidenti Volodimir Zelenski ikitərəfli əlaqələri gücləndirmək üçün yaxın bir neçə ay ərzində Cənubi Afrikaya səfər etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın “Business Day” qəzeti Cənubi Afrikanın xarici işlər və əməkdaşlıq naziri Naledi Pandora istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Zelenski Cənubi Afrika ilə daha güclü ticarət əlaqələri qurmaq üçün 2024-cü ildə Cənubi Afrikaya səfər etmək istədiyini, həmçinin hərbi məsələnin həllindən sonra davam edəcəyinə ümid etdiyi münasibətlərin xarakterini müzakirə etmək istədiyini açıqlayıb.
Nəşr qeyd edir ki, Zelenski bir neçə Afrika ölkəsinə səfər etməyi planlaşdırır.