Bakıda altıotaqlı ev yanıb

21:47 - 7 Aprel 2024 - ÖLKƏ İÇİ

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında 1 ədəd çarpayı və 1 ədəd dolab yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti