Ermənistanın Şiras bölgəsində güclü zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Seysmoloji Şəbəkənin məlumatına görə, aprelin 7-də saat 18:31-də Aşotsk kəndindən 19 km cənub-şərqdə 2,9 bal gücündə zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 4 bal olub.
Zəlzələ Şirak rayonunun Aşotsk, Musayelyan, Amasiya, Kakavasar kəndlərində 3 bal gücündə, həmçinin Lori rayonunun Şirakamut və Saralanc kəndlərində 2-3 bal gücündə hiss olunub.