“Krokus”da yanğınla bağlı yoxlama başlayıb

14:53 - 6 Aprel 2024 - DÜNYA

Hazırda terror aktı nəticəsində yanan “Crocus City Hall”da yanğınla bağlı yoxlama aparılır.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Crocus Group"un mətbuat xidməti məlumat yayıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, konsert zalının binasının yanğına davamlılığının yoxlanılması ilə bağlı bütün məsələlərlə Rusiya Federasiyasının İstintaq Komitəsi məşğul olur. Crocus Group həmçinin vurğulayıb ki, "Crocus"un qurulmasında istifadə olunan materiallar bütün keyfiyyət standartlarına cavab verir.

Xəbər xətti