Aprelin 10-da Ramazan bayramını qeyd edərkən terror aktları planlaşdıran “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri Məhdəşt şəhəri yaxınlığında həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran polisinin sözçüsü Səid Montazer əl-Mehdi bildirib.
Məlumata görə, xüsusi xidmətlər İslam Dövlətinin yüksək rütbəli üzvü Məhəmməd Zakeri və bu terror qruplaşmasının bölməsinin digər iki üzvünü saxlayıb. Polis nümayəndəsinin sözlərinə görə, “onlar Ramazan bayramı günü kamikadzelərin köməyi ilə partlayışlar təşkil etməyi planlaşdırıblar. Montazer ol-Mehdi əlavə edib ki, polis həmçinin terrorçuların 8 şərikini saxlayıb.