Meksikanın Ekvadordakı səfirliyinin bir neçə diplomatı Cənubi Amerika respublikasının polisinin diplomatik missiyaya hücumu zamanı xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena məlumat verib.
"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda Meksikalı diplomatik personalın aldığı xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir", - departamentin X səhifəsində bildirib.