Ekvador hakimiyyəti Meksikanın Kitodakı səfirliyinin ərazisində gizlənən ölkənin keçmiş vitse-prezidenti Xorxe Qlasın həbsini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ekvador Prezident Administrasiyasının X-də yayılmış bəyanatında deyilir.
Qeyd olunur ki, Ekvador ədliyyə sistemi tərəfindən həbs cəzasına məhkum edilmiş Xorxe Qlas Espinel bu gün axşam saatlarında həbs edilib və səlahiyyətli orqanların sərəncamına verilib