Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

05:10 - 6 Aprel 2024 - DÜNYA

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Sakit okeanın şimalındakı Aomori prefekturasının şərqində, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Xəbər xətti