Balakəndə avtomobil azyaşlı qızı vuraraq öldürüb

17:35 - 5 Aprel 2024 - ÖLKƏ İÇİ

Aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.

Xəbər xətti