Alkoqollu içkilərin istehsalı və idxalına dövlət nəzarəti gücləndiriləcək

17:27 - 5 Aprel 2024 - ÖLKƏ İÇİ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsini təklif edir.

Bunu “Report”a AQTA-nın sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, hazırda alkoqollu içkilərin istehsalı sahəsində həddindən çox təsadüfi sahibkarlıq subyektləri fəaliyyət göstərirlər.

"Onlar istədikləri formada alkoqollu içkilərin satışını həyata keçirirlər. Bu səbəbdən dövlət nəzarəti gücəndirilməlidir və yaxın zamanda bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək", - AQTA-nın sədri deyib və əlavə edib ki, təkliflər pareti genişdir.

O vurğulayıb ki, bu məhsulların istehsalçılarə və idxalçıları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər: "AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə veriləməyəcək".

Xəbər xətti