Cənubi Koreyanın Moskvadakı səfiri Li Do Hoon Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir. Ona Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların Seulun əsassız ittihamlar əsasında atdığı qeyri-dost addım olduğu bildirilib.
“Bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməz. Rusiya Federasiyasının özünə qarşı bu cür qanunsuz hərəkətləri qəti şəkildə qəbul etmədiyi vurğulanıb” - ”, - deyə Rusiya Xarici İşlər Nazirliyi əlavə edib.
Rusiya həmçinin Cənubi Koreyanı yarımadada gərginliyi artıran və respublikanın özünün təhlükəsizliyi üçün təhlükəli olan sanksiyalardan və güc tədbirlərindən əl çəkməyə çağırıb.
“Cənubi Koreya tərəfi, həmçinin Koreya yarımadasında gərginliyin daha da artmasına səbəb olan, nəticədə Koreya Respublikasının özünün təhlükəsizliyini təhdid edən əks-məhsuldar sanksiyalardan və güc tədbirlərindən imtina etməyə çağırılıb”, - diplomatik departament vurğulayıb.