Vilnüs Litva istehsalı olan 3 min pilotsuz uçuş aparatı alıb Kiyevə təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Litvanın paytaxtında olan Ukraynanın baş naziri Denis Şmıqalla birgə mətbuat konfransında Baltikyanı respublika hökumətinin başçısı İnqrida Simonyte deyib.
“Müdafiə Nazirliyinin mənə verdiyi məlumata görə, yaxın gələcəkdə biz Litva istehsalçılarından 2 milyon avroya Ukrayna üçün 3 min pilotsuz təyyarə alacağıq” - İnqrida Simonyte bildirib.
Litva hakimiyyətinin rəsmi məlumatlarına görə, respublika Ukraynaya yardım üçün 1 milyard avrodan çox vəsait ayırıb.