Minaya düşən erməni hərbçinin hər iki ayağı kəsildi

12:41 - 5 Aprel 2024 - DÜNYA

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Azərbaycanla sərhəd Tavuş vilayətində minaya düşüb.

Ucnoqta.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Yaralı hərbçi İcevan Tibb Mərkəzinə yerləşdirilib.

Tibb mərkəzindən bildirilib ki, əməliyyatdan sonra o, İrəvandakı Muratsan Mərkəzi Klinik Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, əsgərin hər iki ayağı amputasiya edilib.

Xəbər xətti