Cəbrayılda əl qumbaraları aşkar edilib

12:33 - 5 Aprel 2024 - ÖLKƏ İÇİ

Cəbrayıl rayonunda 23 ədəd qumbara aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları Daş Veysəlli kəndi ərazisində xidmətdə olan zaman ümumilikdə, 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbarası taparaq aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Xəbər xətti