Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terror təşkilatı PKK/YPG-YPJ-nin məsul şəxsi Vahide Atalayı zərərsizləşdirib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT Suriyanın Aynularap bölgəsində terror təşkilatı PKK/YPG-YPJ-yə məsul hesab edilən Vahide Atalayı zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT terror təşkilatının Suriyadakı qadın təşkilatı YPJ-dən məsul olduğu iddia edilən Vahide Atalaya qarşı Aynularapda əməliyyat keçirib.
Əməliyyat nəticəsində "Sorhin Çele" kod adlı Vahide Atalay zərərsizləşdirilib.
2006-cı ildə terror təşkilatının kənd kadrlarına qoşulan Atalayın 2006-2014-cü illərdə İraqda terror fəaliyyətləri həyata keçirib, daha sonra Suriyaya keçərək Qamışlı, Aynularab və Rəsuleyn bölgələrində silahlı fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib.