İsrail 28 səfirliyinin fəaliyyətini dayandırdı

10:42 - 5 Aprel 2024 - DÜNYA

İsrail hakimiyyəti İrandan gələn təhlükəyə görə dünya üzrə 28 diplomatik missiyanın işini dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky news - Arabiya kanalı məlumat yayıb.

Məlumata görə, “İranın Dəməşqdəki konsulluğuna hücuma cavab vermək hədəsindən sonra 28 diplomatik nümayəndəlik bağlanıb”.

Cümə axşamı Kan radiosu bildirib ki, İranın Dəməşqdə İsrailə aid edilən hücuma gözlənilən cavabı üçün "görünməmiş hazırlığın" bir hissəsi olaraq, İsrail Xarici İşlər Nazirliyi təhlükəsizlik rəsmiləri ilə məsləhətləşərək dünyadakı bir sıra səfirliklərini təxliyə etmək qərarına gəlib.

Xəbər xətti