Ağsuda silah-sursat aşkar edilib

10:39 - 5 Aprel 2024 - ÖLKƏ İÇİ

Ağsuda xeyli silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub.

Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Xəbər xətti