Rusiya Federasiyası Silahlı Qüvvələri ötən sutka ərzində Ukraynada 860 əsgər və 237 texnika itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, işğalın başlanğıcından bəri işğalçı qüvvələrin şəxsi heyətinin ümumi itkisi 445,9 min nəfər olaraq qiymətləndirilir. Həmçinin son sutkada Rusiya ordusunun 15 tankı, 50 artilleriya sistemi, 61 avtomobil texnikası, 3 MLRS, 73 zirehli texnikası sıradan çıxarılıb.